az en
News / Bu gün saat 20:00: “Qarabağ” – “Dinamo”

Bu gün saat 20:00: “Qarabağ” – “Dinamo”

Konfrans Liqası Dərc olundu: 13.08.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxacaq. Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edəcək.
Bu gün saat 20:00: “Qarabağ” – “Dinamo”
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. İngiltərədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Lublində baş tutan ilk oyunda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.
 
13 avqust
 
20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim: Styuart Ettuell
Baş hakimin köməkçiləri: Yan Hussin, Nik Qrinhalq
Dördüncü hakim: Lyuis Smit
VAR: Peter Benks
AVAR: Ceyms Bell
(Hakimlər briqadası İngiltərədəndir)
Tofiq Bəhramov adına Respublika Stadionu
Baş Sponsor