az en
News / Bu gün saat 21:00: “Dinamo” (Kiyev) - “Qarabağ”

Bu gün saat 21:00: “Dinamo” (Kiyev) - “Qarabağ”

Konfrans Liqası Dərc olundu: 06.08.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyuna çıxacaq. Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasının qonağı olacaq.
Bu gün saat 21:00: “Dinamo” (Kiyev) - “Qarabağ”
Polşanın Lublin şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Danimarkadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
 
6 avqust
 
21:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Morten Kroq
Baş hakimin köməkçiləri: Steffen Bramsen, Viktor Skitte
Dördüncü hakim: Yakob Karlsen
VAR: Yakob Kehlet
AVAR: Yens Maae
(Hakimlər briqadası Danimarkadandır)
Lublin stadionu
Baş Sponsor