az en
News / “Zirə” avrokuboklarda mübarizəni dayandırıb

“Zirə” avrokuboklarda mübarizəni dayandırıb

Konfrans Liqası Dərc olundu: 30.07.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” II təsnifat mərhələsində cavab oyununa çıxıb. Bakı klubu Estoniyanın “Payde” komandasını qəbul edib.
“Zirə” avrokuboklarda mübarizəni dayandırıb
Səfərdə baş tutan ilk oyunda 0:1 hesabı ilə məğlub olan Rəşad Sadıqovun yetirmələri “SOCAR Polymer Arena”dakı cavab görüşündə 1:1 hesablı heç-heçə edib. Təmsilçimizin heyətində qolu 5-ci dəqiqədə Eren Aydın vurub.
Beləliklə, “Payde” növbəti mərhələyə adlayıb, “Zirə” isə avrokuboklarda mübarizəni dayandırıb.
Baş Sponsor