az en
News / Bu gün saat 21:00: “Dinamo” - “Neftçi”

Bu gün saat 21:00: “Dinamo” - “Neftçi”

Konfrans Liqası Dərc olundu: 30.07.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Neftçi” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Bakı klubu Belarusun “Dinamo” (Minsk) komandasının qonağı olacaq.
Bu gün saat 21:00: “Dinamo” - “Neftçi”
Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Şimali İrlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Bakıda baş tutan ilk oyunda “Dinamo” 4:2 hesablı qələbə qazanıb.
 
30 iyul
 
21:00. “Dinamo” (Minsk, Belarus) - “Neftçi” (Azərbaycan)
Baş hakim: Tim Marşall
Baş hakimin köməkçiləri: Georgios Arqiropulos, Rayan Kelsi
Dördüncü hakim: Şeyn Makkoniql
(Hakimlər briqadası Şimali İrlandiyadandır)
“Beroe” stadionu
Baş Sponsor