az en
News / Bu gün saat 20:00: “Zirə” - “Payde”

Bu gün saat 20:00: “Zirə” - “Payde”

Konfrans Liqası Dərc olundu: 30.07.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Bakı klubu Estoniyanın “Payde” komandasını qəbul edəcək.
Bu gün saat 20:00: “Zirə” - “Payde”
“SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq. Xorvatiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Pyarnuda baş tutan ilk oyunda “Payde” 1:0 hesablı qələbə qazanıb.
 
30 iyul
 
20:00. “Zirə” (Azərbaycan) - “Payde” (Estoniya)
Baş hakim: Patrik Kolariç
Baş hakimin köməkçiləri: İvan Yaniç, Dino Knez
Dördüncü hakim: Patrik Pavleşiç
(Hakimlər briqadası Xorvatiyadandır)
“SOCAR Polymer Arena”
Baş Sponsor