az en
News / “Neftçi” qələbə qazansa da, avrokuboklarla vidalaşıb

“Neftçi” qələbə qazansa da, avrokuboklarla vidalaşıb

Konfrans Liqası Dərc olundu: 30.07.2026 Çap
Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Neftçi” II təsnifat mərhələsində cavab oyununa çıxıb. Bakı klubu Belarusun “Dinamo” (Minsk) komandasının qonağı olub.
“Neftçi” qələbə qazansa da, avrokuboklarla vidalaşıb
Evdə baş tutan ilk oyunda 2:4 hesabı ilə məğlub olan “ağ-qaralar” Bolqarıstanın Stara Zaqora şəhərində yerləşən “Beroe” stadionundakı cavab görüşündə 1:0 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində qolu 12-ci dəqiqədə Breno Almeyda vurub. Lakin bu qalibiyyət mərhələ adlamağa kifayət etməyib.
Ümumi nəticədə 4:3 hesablı qələbə qazanan “Dinamo” mübarizəni davam etdirib, “Neftçi” isə avrokuboklarla vidalaşıb.
Baş Sponsor