Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Zirə” bu gün 2026/2027-ci illər mövsümündə ilk oyuna çıxacaq. Bakı klubu I təsnifat mərhələsi matçında Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını qəbul edəcək.
Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq. Finlandiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
8 iyul
20:00. “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan)
Baş hakim: Yoni Hüytiya
Baş hakimin köməkçiləri: Veli-Matti Leppaynen, Yuuso Mantere
Dördüncü hakim: Peiman Simani
(Hakimlər briqadası Finlandiydandır)
"SOCAR Polymer Arena"