UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin qrup mərhələsinin II turunda bu gün Fransanın “Nant” klubu ilə qarşılacaq. Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” – “Nant”
15 sentyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45
Baş hakim: Enea Jorgji
Baş hakimin köməkçiləri: Denis Rexha, Ridiger Çokaj
Dördüncü hakim: Juxhin Xhaja
VAR: Luca Pairetto (İtaliya)
AVAR: Giacomo Paganessi (İtaliya)