UEFA Millətlər Liqasının qrup mərhələsinin növbəti oyununda bu gün, saat 22:45-də, Serbiyanın Novi Sad şəhərində Belarus və Azərbaycan milli komandaları qarşılaşacaq. CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: Məhəmməd Əl-Hakim
Baş hakimin köməkçiləri: Fredrik Kliver, Markus Lundqren Klitte
Dördüncü hakim: Qranit Magedonçi
(Hakimlər briqadası İsveçdəndir)
VAR hakimi: Andreas Ekberg (İsveç)
VAR köməkçi hakim: Rob Dieperink (Niderland)