az en
News / “C” kateqoriyalı məşqçi kursu keçiriləcək

“C” kateqoriyalı məşqçi kursu keçiriləcək

Məşqçi kursları Dərc olundu: 17.12.2025 Çap
2026-ci il yanvarın 21-dən etibarən Bakıda AFFA tərəfindən UEFA “C” kateqoriyalı məşqçi kursu keçiriləcək. Kursun 1-ci mərhələsi yanvarın 21-dən 24-dək, 2-ci mərhələsi fevralın 10-dan 13-dək, 3-cü mərhələsi martın 3-dən 6-dək, 4-cü mərhələsi isə martın 23-dən 30-dək keçiriləcək.
“C” kateqoriyalı məşqçi kursu keçiriləcək
AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutacaq kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
 
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış (Kursa gələndə gətirmək lazım olacaq)
4. 2 ədəd şəkil (3x4)
 
Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır.
 
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
 
Sənədlər yanvarın 10-dək qəbul olunacaq.
Baş Sponsor