FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb. E.Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin VIII turu çərçivəsində keçiriləcək “Midtyulland” (Danimarka) - “Dinamo” (Zaqreb, Xorvatiya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Şotlandiyalı Endi Dallas VAR, ingiltərəli Maykl Salisberi isə AVAR kimi fəaliyyət göstərəcək.
Görüş yanvarın 29-da Herninq şəhərində yerləşən “Herninq Arena”da keçiriləcək.