az en
News / Elxan Məmmədov baş məşqçi ilə görüşüb

Elxan Məmmədov baş məşqçi ilə görüşüb

AFFA Dərc olundu: 11.08.2020 Çap
Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə görüşüb. Görüşdə milli komanda ilə bağlı bir sıra məsələlər müzakirə olunub, UEFA Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsi barədə fikir mübadiləsi aparılıb. Canni De Byazi Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində İcraiyyə Komitəsi tərəfindən ona göstərilən etimada görə təşəkkür edib.
 
 
Elxan Məmmədov baş məşqçi ilə görüşüb
 
 
Baş Sponsor 
Partnyorlar