az en
News / “FIFA Series - 2026”nın təqvimi müəyyənləşdi

“FIFA Series - 2026”nın təqvimi müəyyənləşdi

A Milli Dərc olundu: 17.02.2026 Çap
Azərbaycanda keçiriləcək “FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.
“FIFA Series - 2026”nın təqvimi müəyyənləşdi
Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya millilərinin iştirak edəcəyi yarışda ilk oyunlar martın 27-də keçiriləcək. İlk günün qalibləri martın 30-da finalda, məğlubları isə 3-cü yer uğrunda görüşdə qarşılaşacaqlar.
 
Turnirin təqvimini nəzərinizə çatdırırıq:
 
27 mart
15:00. Oman - Syerra-Leone
“Dalğa Arena”
 
19:00. Azərbaycan - Sent Lusiya
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
 
30 mart
15:00. 3-cü yer uğrunda (məğlublar)
“Dalğa Arena”
 
19:00. Final (qaliblər)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Baş Sponsor