Tofiq Bəhramov adına Respublika Stadionunun 75 illik yubileyi münasibətilə Azərbaycan və Litva futbol veteranları arasında dostluq qarşılaşması keçirilib.
Oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən dostluq qarşılaşmasında “Neftçi” futbol klubunun veteranları ilə Litva futbol veteranları üz-üzə gəliblər.
“Neftçi” veteranlarının heyətində Arif Əsədov, Tərlan Əhmədov, Mehman Yunusov, Əli Abışov, Nadir Şükürov, Alim Qurbanov, Kənan Kərimov, Emin Quliyev, Xəyal Mustafayev, Ədhəm Niftəliyev, Adil Şükürov, Vəli Qasımov və Hüseyn Məmmədov yer alıblar.
Litva futbol veteranlarının heyətində isə Andrüs Labrinaruçus, Mariyus Skinderes, Yustas Qasyunas, Gintautas Mirauskas, Deivydas Kançelskis, Dainius Şirvys, Dainius Şumauskas, Mantas Babenskas, Darius Butkus, Valdas Urbonas, Vytas Yanciauskas, Dainius Gudaitis və Tautvydas Venceviçius meydana çıxıblar.
Qarşılaşma “Neftçi” veteranlarının 10:9 hesablı qələbəsi ilə başa çatıb.
Litva futbol veteranları daha sonra UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan və Litva milli komandaları arasında keçirilən qarşılaşmanı da tribunalarından izləyiblər.