Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Krakovda Ukrayna yığması ilə keçirilən oyundan (1:2) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Bilirdik ki, gərgin oyun olacaq. Hətta dünən çox qayğılı idik. Ancaq futbolçularımız bu gün xarakter göstərdilər. Üç gün ərzində iki böyük komandaya qarşı oynamaq önəmli idi. Futbolçularımızdan rahat olmalarını istəmişdik. Bəlkə də, xal qazanmalı idik. Nəriman Axundzadə ilk dəqiqələrdəki qol epizodunu dəyərləndirsəydi, başqa cür ola bilərdi. Əzmkarlığa və xarakterə görə futbolçularıma təşəkkür edirəm. Evdə 2 oyunumuz olacaq, ümidliyəm. Bu komandanın potensialı var. Belə davam etsək, daha yaxşı ola bilərik”.
Qeyd edək ki, millimiz növbəti matçını noyabrın 13-də Bakıda İslandiya yığmasına qarşı keçirəcək.