az en
News / Gəncədə UEFA "C" kateqoriyalı məşqçilik kursu təşkil olunacaq

Gəncədə UEFA "C" kateqoriyalı məşqçilik kursu təşkil olunacaq

AFFA Dərc olundu: 18.09.2026 Çap
AFFA tərəfindən regionlarda məşqçilik təhsili imkanlarının genişləndirilməsi məqsədilə Gəncə şəhərində UEFA "C" kateqoriyalı məşqçilik kursu təşkil olunacaq.
Kursa Gəncə və Naftalan şəhərlərində, həmçinin Daşkəsən, Goranboy, Göygöl, Samux, Şəmkir, Gədəbəy və Tərtər rayonlarında fəaliyyət göstərən və məşqçilik təhsili almaq istəyən şəxslər müraciət edə bilərlər.
Gəncədə UEFA "C" kateqoriyalı məşqçilik kursu təşkil olunacaq
Təlimlər “Kəpəz” Futbol Klubunun fəaliyyət göstərdiyi infrastruktur bazasında keçiriləcək. Kurs cari ilin noyabr ayından başlayaraq 3 ay müddətində təşkil ediləcək. Dəqiq təlim tarixləri seçilmiş namizədlərə ayrıca bildiriləcək.
Kursda iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçərək müraciət edə bilərlər. Namizədlərin müraciətləri qeydiyyat zamanı təqdim olunan məlumatlar əsasında qiymətləndiriləcək. Ərizə mərhələsindən uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.Qeyd edək ki, müraciət üçün son tarix 10 oktyabrdır.
Əlavə suallar üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Baş Sponsor