az en
News / Gənclər futbolunda oyun formatları müzakirə olunub

Gənclər futbolunda oyun formatları müzakirə olunub

AFFA Dərc olundu: 08.09.2026 Çap
AFFA gənclər futbolunda oyun formatları ilə bağlı klublarla məsləhətləşmələrini davam etdirir. Klub rəhbərliklərinin təşəbbüsü ilə keçirilən video-görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi Cahangir Fərəcullayev, texniki direktor Edmond Klaus, baş katibin müavini Elçin Məmmədov, Futbol İnkişaf departamentinin rəhbəri Sərxan Hüseynov və akademiya direktorları gənclər liqalarında oyun formatlarının təkmilləşdirilməsi məsələlərini müzakirə ediblər.
 
Gənclər futbolunda oyun formatları müzakirə olunub
Görüşdə tərəflər yaş qruplarının inkişaf mərhələlərinə uyğun, tədricən böyüyən format keçidinin əhəmiyyəti barədə fikir mübadiləsi aparıb, klubların bu istiqamətdə təklif və mülahizələri dinlənilib.
Format dəyişikliyi üzrə yekun qərar akademiyalarla birgə, onların rəyi nəzərə alınmaqla veriləcək. Bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək və yekun qərar yeni mövsüm başlamazdan əvvəl akademiyalara elan olunacaq.
AFFA gənclərin inkişaf yolunda ən optimal həllərin tapılması üçün akademiyalarla sıx əməkdaşlığını davam etdirəcək.
 
Baş Sponsor