az en
News / Şəhid və qazi övladları üçün “Zəfər" futbol festivalı keçirilib (fotolar)

Şəhid və qazi övladları üçün “Zəfər" futbol festivalı keçirilib (fotolar)

Kütləvilik Dərc olundu: 05.11.2021 Çap
AFFA-nın təşkilatçılığı, "Regional İnkişaf" İctimai Birliyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə ASCO Arenada şəhid və qazi övladları üçün “Zəfər” futbol festivalı keçirilib. 
 
Şəhid və qazi övladları üçün “Zəfər" futbol festivalı keçirilib (fotolar)
120-yə yaxın şəhid və qazi övladının iştirak etdiyi festivalda uşaqlar üçün müxtəlif hərəkətli idman oyunları təşkil olunub. Uşaqlara dəstək məqsədilə Azərbaycan milli komandasının üzvü Emin Mahmudov və veteran futbolçular Vüqar Nadirov, Cavid Hüseynov tədbirdə iştirak ediblər. Sonda uşaqlara AFFA tərəfindən hədiyyə paketləri və toplar verilib. Hədiyyələri Xüsusi Təyinatlı Qüvvələrin qaziləri, Texniki Departament rəhbəri Cahangir Həsənzadə, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, millinin üzvü Emin Mahmudov və veteran futbolçular Vüqar Nadirovla Cavid Hüseynov təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar