az en
News / Klublar üçün seminar keçirilib (fotolar)

Klublar üçün seminar keçirilib (fotolar)

Seminar Dərc olundu: 03.04.2026 Çap
AFFA-nın təşkilatçılığı ilə “Eyeball” şirkəti tərəfindən klubların aşağı yaş qrupları üzrə komandalarının nümayəndələri üçün seminar keçirilib. Tədbirdə AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, “Eyeball”ın əməkdaşı Viktor Rahbek, həmçinin oğlan və qızlar liqalarında çıxış edən klubların məşqçiləri və rəsmiləri iştirak ediblər.
Klublar üçün seminar keçirilib (fotolar)
Seminarın təşkilində məqsəd “Eyeball” platformasının klublara tanıdılması və onun imkanları barədə ətraflı məlumat verilməsi olub.
AFFA ilə “Eyeball” arasında əməkdaşlığın Azərbaycan futbolunun inkişafına verə biləcəyi töhfələrdən bəhs edilib, platformadan istifadə qaydaları izah olunub, klubların oyunlar zamanı kameralardan necə yararlanmalı olduqları, çəkilişlərin təşkili və materialların sistemə yüklənməsi barədə məlumat verilib. Bildirilib ki, xüsusi kameralar vasitəsilə qeydə alınan oyunlar klublara daha geniş analiz imkanları yaradacaq.
Klublar platformadan təmənnasız istifadə edərək futbolçuların statistik göstəricilərini əldə edə biləcəklər. Eyni zamanda, bu məlumatlar əsasında liqalarda həftənin rəmzi komandasının müəyyənləşdirilməsi də planlaşdırılır. Vurğulanıb ki, “Eyeball” platforması klubların işini asanlaşdırmaqla yanaşı, analitik imkanları genişləndirəcək və futbolçuların inkişafına əlavə dəstək verəcək.
Sonda klub nümayəndələrinin sualları cavablandırılıb.
 
Baş Sponsor