az en
News / “Komandada irəliləyiş var"

“Komandada irəliləyiş var"

Məşqçilər Dərc olundu: 17.11.2025 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda Fransa yığması ilə keçirilən oyundan (1:3) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Komandada irəliləyiş var"
“Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Çoxdandır millinin oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçulara dəstək oldular. Bu gün çox istəkli idik. İlk qolu da vurduq. Qoldan sonra rəqib üstümüzə gəldi. Standart vəziyyətlərdə çox təhlükəli idilər. Futbolçularımıza təşəkkür edirəm, bütün oyunlarımızda əzmkarlıq göstərdilər. Komandada taktiki baxımdan da irəliləyiş var. İtkilərimiz çox idi. Buna baxmayaraq, yeni futbolçular da qazandıq. Bu seçmə mərhələ bitdi, artıq irəli baxacağıq. Bu oyunlar bizim futbolçulara inam verir".
Qeyd edək ki, millimiz 1 xalla qrupda 4-cü yeri tutub.
Baş Sponsor