Qadınlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyunu keçirib.
Millimiz “Antalyaspor”un qadın komandası ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində 20-ci dəqiqədə Nigar Mirzalıyeva, 70-ci dəqiqədə isə Kristina Bakarandze fərqləniblər.