az en
News / Millimiz (Futzal) Çexiya yığması ilə ikinci yoldaşlıq görüşünü keçirib

Millimiz (Futzal) Çexiya yığması ilə ikinci yoldaşlıq görüşünü keçirib

Futzal Dərc olundu: 20.09.2024 Çap
Çexiyada təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.
Millimiz (Futzal) Çexiya yığması ilə ikinci yoldaşlıq görüşünü keçirib
Millimiz Zlin şəhərində təşkil olunan oyunda yenə meydan sahibləri ilə qarşılaşıb. Görüş Çexiya yığmasının 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları 1-ci və 6-cı dəqiqələrdə Ülvi Əliyev vurub.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 19-da keçirilən ilk oyunda Çexiya seçməsi 3:0 hesablı qələbə qazanıb.
Baş Sponsor