16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə ilk oyununu keçirib.
Millimiz Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkmənistanın U-17 komandası ilə qarşılaşıb. Görüş Türkmənistan komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-16 turnir çərçivəsində oktyabrın 4-də, Bakı vaxtı ilə saat 16:00-da Türkiyə yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, Türkmənistan və Gürcüstan yarışa U-17 komandaları ilə qatılıb.