az en
News / Millimiz (U-17) Avstraliya yığmasına qalib gəlib

Millimiz (U-17) Avstraliya yığmasına qalib gəlib

U-17 Dərc olundu: 16.10.2024 Çap
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.
Millimiz (U-17) Avstraliya yığmasına qalib gəlib
U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) matçda qələbə qazanıb.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 14-də keçirilən ilk yoldaşlıq oyunu 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Baş Sponsor