Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib.
U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-ci dəqiqədə Nihad Orucəli vurub.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk yoldaşlıq oyununda meydan sahibləri 6:1 hesablı qələbə qazanıblar.