az en
News / Millimiz (U-19) Belarus yığması ilə qarşılaşıb

Millimiz (U-19) Belarus yığması ilə qarşılaşıb

U-19 Dərc olundu: 10.10.2024 Çap
Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq görüşü keçirib.
Millimiz (U-19) Belarus yığması ilə qarşılaşıb
U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Belarus yığmasının 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 53-cü dəqiqədə Kənan Feyziyev vurub.
Qeyd edək ki, bu komandalar oktyabrın 13-də ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.
Baş Sponsor