az en
News / Millimizdən (Qadınlar) Monteneqroda heç-heçə

Millimizdən (Qadınlar) Monteneqroda heç-heçə

A Milli, A milli (Qadınlar) Dərc olundu: 08.04.2025 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
Millimizdən (Qadınlar) Monteneqroda heç-heçə
C Liqasının 4-cü qrupunda yer alan millimiz Nikşiçdə Monteneqro yığmasının qonağı olub. Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə yekunlaşıb. Komandamızın heyətində qolu 54-cü dəqiqədə Manə Mollayeva vurub.
Son tur öncəsi Monteneqro və Azərbaycan milliləri hərəyə 5 xalla qrupda 1-2-ci yerləri bölüşürlər. Litva yığmasının isə hesabında xal yoxdur.
Qeyd edək ki, komandamız son oyununu mayın 30-da evdə Litva seçməsinə qarşı keçirəcək.
 
 Yer
Komanda
O
Q
H
M
T/F
Xal
1
Monteneqro
3
1
2
0
4-2
5
2
Azərbaycan
3
1
2
0
3-1
5
3
Litva
2
0
0
2
1-5
0

 
Baş Sponsor