az en
News / Millimizin ¼ finaldakı rəqibi məlum olub

Millimizin ¼ finaldakı rəqibi məlum olub

Çimərlik futbolu Dərc olundu: 24.06.2021 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsinin ¼ finalında qarşılaşacağı rəqibi müəyyənləşib. A qrupunun son oyununda Ukrayna komandasını 1:0 hesabı ilə məğlub edən son Dünya çempionu Portuqaliya yığması ¼ finalda millimizin rəqibi olub. Qeyd edək ki, Portuqaliya – Azərbaycan oyunu iyunun 25-də Portuqaliyanın Nazare şəhərində keçiriləcək.
 
Millimizin  ¼ finaldakı rəqibi məlum olub
Baş Sponsor 
Partnyorlar