az en
News / Məşqçilərə növbəti vebinar keçirilib

Məşqçilərə növbəti vebinar keçirilib

Məşqçi kursları Dərc olundu: 10.08.2026 Çap
AFFA tərəfindən “Məşqçinin psixoloji rifahı və peşəkar tükənmişlik” mövzusunda növbəti təhsil vebinarı keçirilib. Vebinarda ölkənin müxtəlif futbol akademiyalarını təmsil edən məşqçilər iştirak ediblər.
Məşqçilərə növbəti vebinar keçirilib
Onlayn seminar zamanı məşqçilərdə peşəkar tükənmişliyin yaranma səbəbləri, ilkin əlamətlərinin tanınması, stress və emosional yükün məşqçi fəaliyyətinə təsiri, psixoloji rifahın qorunması üçün praktik özünə qayğı üsulları, məşqçinin psixoloji vəziyyətinin komanda mühitinə və oyunçuların inkişafına təsiri, eləcə də uzunmüddətli motivasiya və peşəkar dayanıqlılığın formalaşdırılması mövzuları müzakirə olunub.
Təlim idmançıların və məşqçilərin psixoloji hazırlığı, performans psixologiyası və peşəkar rifah sahələrində fəaliyyət göstərən idman psixoloqu Elşan Erdoğan tərəfindən keçirilib.
İnteraktiv formatda təşkil olunan vebinar zamanı iştirakçılar arasında qarşılıqlı müzakirələr aparılıb. Sorğunun nəticələrinə əsasən, iştirakçılar vebinarı yüksək qiymətləndirib və təqdim olunan mövzuları faydalı hesab ediblər. 
İştirakçılar tərəfindən məşqçilərin psixoloji rifahı, performans psixologiyası və oyunçuların psixoloji inkişafı ilə bağlı mövzular üzrə təhsil vebinarlarının davam etdirilməsinin arzuolunan olduğu vurğulanıb.
 
Baş Sponsor