az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 20.12.2024 Çap
18 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında III turun “Şamaxı” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şamaxı” klubu 800 manat cərimə edilir (maddə 51.2);
İntizam Komitəsinin qərarları
18 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında III turun “Şamaxı” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
 
18 dekabr 2024-cü il tarixində I Liqada X turun MOİK – “Baku Sporting” oyununda “Baku Sporting” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Baku Sporting” komandası 70 manat cərimə edilir (maddə 37);
 
19 dekabr 2024-cü il tarixində I Liqada X turun “Karvan” – “Mingəçevir” oyununun 46-cı dəqiqəsində “Mingəçevir” komandasının 24 nömrəli futbolçusu Xəyal Xudaverdiyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Mingəçevir” komandası 100 manat cərimə edilir (maddə 41);
 
19 dekabr 2024-cü il tarixində I Liqada X turun “Zaqatala” – “Cəbrayıl” oyunu “Cəbrayıl” komandasının qapıçısının formasında qüsur olması səbəbindən gec başladığına görə “Cəbrayıl” komandası 80 manat cərimə edilir (maddə 75.6);
 
19 dekabr 2024-cü il tarixində I Liqada X turun “Qəbələ” – “Qaradağ Lökbatan” oyununun 65-ci dəqiqəsində “Qaradağ Lökbatan” komandasının 44 nömrəli futbolçusu Xəyyam Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
19 dekabr 2024-cü il tarixində I Liqada X turun “İmişli” – “Difai” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);
 
16 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Şimal” – “Hypers Guba” oyununun 84-cü dəqiqəsində “Şimal” komandasının 10 nömrəli futbolçusu Elmar Yəhyabəyov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Şimal” komandası 150 manat cərimə edilir (maddə 39.1);
 
17 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Dinamo” – “Ağdaş” oyununun 90+3-cü dəqiqəsində “Ağdaş” komandasının 5 nömrəli futbolçusu Vasif Nəsirov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Ağdaş” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
17 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Dinamo” – “Ağdaş” oyununda “Dinamo” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
17 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Şəfa” – “Füzuli” oyununun 45-ci dəqiqəsində “Şəfa” komandasının 22 nömrəli futbolçusu Tural Nərimanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şəfa” komandası 50 manat cərimə edilir (maddə 36.5);
 
17 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Şəfa” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
 
18 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Saatlı-Araz” – “Sheki City” oyununda “Saatlı-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Saatlı-Araz” komandası 70 manat cərimə edilir (maddə 37);
 
18 dekabr 2024-cü il tarixində II Liqada XIII turun “Qusar” – “Şahdağ Qusar” oyunu “Qusar” komandasının matça gəlməməsi səbəbindən baş tutmadığına görə “Qusar” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Qusar” komandası 300 manat cərimə edilir (maddə 61.4);
 
14 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Şağan OİK – Sumqayıt City oyunu Şağan OİK komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün Şağan OİK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1)
 
14 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Paralimpiya İdman Kompleksi – Ələt FK oyunu Paralimpiya İdman Kompleksi komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün Paralimpiya İdman Kompleksi komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1)
 
14 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilməli olan Polad FK(Sumqayıt) – İOEUGİM (Sumqayıt) oyunu İOEUGİM (Sumqayıt) təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün İOEUGİM (Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1)
 
14 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Zirə PFK-Təhsil N8 İOEUGİM oyununda Zirə PFK komandasının heyətində N15 futbolçu Çərkəz Xəlilzadə qarşılaşmanın 53-cü dəqiqəsində rəqibi vurduğuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.3)
 
14 dekabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Araz Baku UFK-Modern FC oyununda Araz Baku UFK komandasının heyətində N99 futbolçu Murad Səmədov qarşılaşmanın 58-ci dəqiqəsində düşüncəsiz qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
 
15 dekabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən Vətən İOEUGFMPHŞ –Qarabağ FK oyununda Qarabağ FK komandasının heyətində N4 futbolçu Cəmil Bədirxanlı qarşılaşmanın 32-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
15 dekabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilən Neftçi PFK – Təhsil İOEUGİM oyununda Təhsil İOEUGİM komandasının heyətində N33 futbolçu İsmayıl Ağayev qarşılaşmanın 12-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
 
15 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan Karvan(Yevlax) – Laçın İK oyunu Karvan(Yevlax) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün Karvan(Yevlax) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. Bu hal üçüncü dəfə təkrarlandığına görə Karvan (Yevlax) komandası yarışlardan kənarlaşdırılır (maddə 63.1);
 
14 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Asta FK-Dinamo(Bakı) oyununda Dinamo(Bakı) komandasının heyətində N17 futbolçu Yusif İsmayılov qarşılaşmanın 59-cu dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)
 
15 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Vətən İOEUGFMPHŞ-Zirə PFK oyununda Vətən İOEUGFMPHŞ komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına nalayiq ifadələr səsləndirərək oyunun gedişatına mane olunmasına görə kluba xəbərdarlıq edilsin. (maddə 43.7)
 
18 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Zirə PFK-Səbail PFK oyununda Səbail PFK komandasının heyətində N18 futbolçu Ramazan Məmmədov qarşılaşmanın 88-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 43.3)
 
18 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Qəbələ İK oyununda Araz Naxçıvan PFK komandasının heyətində N10 futbolçu Həsən Lətifov qarşılaşmanın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 40.3)
 
18 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Qəbələ İK oyununda Araz Naxçıvan PFK komandasının heyətində protokolda adı olmayan futbolçu meydançaya çıxdığına görə Araz Naxçıvan PFK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.6)
 
18 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Qəbələ İK oyununda Qəbələ İK komandasının heyətində N7 futbolçu Hüseyn Xasməmmədli qarşılaşmanın 89-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 43.3)
 
18 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Qəbələ İK oyununda Qəbələ İK komandasının heyətində N9  futbolçu Tunar Mehdiyev qarşılaşmanın 89-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 43.3)
 
18 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Qəbələ İK oyununda Qəbələ İK komandasının rəsmisi Ayxan Cəfərzadə qarşılaşmanın 89-cu dəqiqəsində meydana daxil olaraq rəqib məşqçini vurmağa cəhd etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılsın. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.11, 32)
 
18 dekabr 2024-cü il tarixində AFFA U-17 Liqasında keçirilən Araz Naxçıvan PFK-Qəbələ İK oyununda Qəbələ İK komandasının 4 nömrəli futbolçusu Rəhman Şirinovun qarşılaşmanın 89-cu dəqiqəsində 89-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 43.3)
 
14.12.2024-cü il tarixində AFFA U-13 Qızlar Liqasında keçirilən “Ulduz FA-Xan Lənkəran FK” oyununda Xan Lənkəran komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün Xan Lənkəran komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1)
 
14.12.2024-cü il tarixində AFFA U-13 Qızlar Liqasında keçirilən “Çinar FK (Göyçay)-Mil-Muğan (İmişli)” oyununda Çinar FK (Göyçay) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutmadığı üçün Çinar FK (Göyçay) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1)
 
14.12.2024-cü il tarixində AFFA U-13 Qızlar Liqasında keçirilən “Dinamo (Balakən)-Dinci FK (Zaqatala)” oyununda Dinci FK (Zaqatala) komandası Əsasnaməyə uyğun  yaş limitini pozduğuna görə Dinci FK (Zaqatala) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.5);
 
15.12.2024-cü il tarixində AFFA U-15 Qızlar Liqasının I tur çərçivəsində keçirilmiş “Ulduz” FA  – “İnter” (Xaçmaz) oyununda  “Ulduz” FA komandası Əsasnaməyə uyğun  yaş limitini pozduğuna görə “Ulduz” FA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.5);
 
15.12.2024-cü il tarixində AFFA U-17 Qızlar Liqasının I tur çərçivəsində keçirilmiş “Zaqatala City”  – “Marxal” (Şəki) oyununda  “Zaqatala City”  komandası Əsasnaməyə uyğun  yaş limitini pozduğuna görə “Zaqatala City”  komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.5).
 
Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.
Baş Sponsor