22.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun “Zirə” – “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
23.08.2026-cı il tarixində Misli Premyer Liqasında II turun “Neftçi” – “Araz-Naxçıvan” oyununda stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandığı üçün “Neftçi” komandası 2000 manat cərimə edilsin (maddə 60.2);
21.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Zirə-2” – “Şəfa-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
21.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Zirə-2” – “Şəfa-2” oyununun 73-cü dəqiqəsində “Şəfa-2” komandasının heyətində adı protokolda olmayan 85 nömrəli futbolçu Murad Fərzəliyev oyuna daxil olduğuna görə “Şəfa-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin, “Şəfa-2” komandası 500 manat cərimə edilsin (maddə 49);
22.08.2026-cı il tarixində Əvəzedicilər Liqasında I turun “Kəpəz-2” – “Sabah-2” oyununun 79-cu dəqiqəsində “Sabah-2” komandasının 66 nömrəli futbolçusu Əhməd Tanrıverdiyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
Binə FK-nın məşqçisi Məmmədəli Ağatalıbov futbolla bağlı sənədləri təhrif etdiyinə görə 3 (üç) il müddətinə futbola aid olan istənilən fəaliyyətdə iştirakdan məhrum edilsin (maddə 97.2);
Binə FK-nın U-15 komandasının baş məşqçisi Samir Abdullayevə futbolla bağlı sənədlərə lazımi nəzarət etməməsinə görə xəbərdarlıq edilsin (maddə 20);
Viləş PFK-nın prezidenti Mirələm Həşimov futbolla bağlı sənədləri təhrif etdiyinə görə 1 (bir) il müddətinə futbola aid olan istənilən fəaliyyətdə iştirakdan məhrum edilsin (maddə 97.2).