az en
News / İntizam Komitəsinin qərarları

İntizam Komitəsinin qərarları

İntizam Komitəsi Dərc olundu: 15.09.2026 Çap
12.09.2026-cı il tarixində Misli Premyer Liqasında V turun “Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Kəpəz” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);
İntizam Komitəsinin qərarları
09.09.2026-cı il tarixində I Liqada II turun “Şahdağ Qusar” – “Karvan-Yevlax” oyununda “Şahdağ Qusar” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
09.09.2026-cı il tarixində I Liqada II turun “Şahdağ Qusar” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” komandası 750 manat cərimə edilsin (maddə 86.3);
 
09.09.2026-cı il tarixində I Liqada II turun “Şahdağ Qusar” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
10.09.2026-cı il tarixində I Liqada II turun “Zaqatala” – “Baku Sportinq” oyununda “Zaqatala” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Zaqatala” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
10.09.2026-cı il tarixində I Liqada II turun “Zaqatala” – “Baku Sportinq” oyunundan əvvəl “Zaqatala” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Zaqatala” komandası 450 manat cərimə edilsin (maddə 84.1);
 
10.09.2026-cı il tarixində I Liqada II turun “Zaqatala” – “Baku Sportinq” oyunu “Zaqatala” komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığı üçün “Zaqatala” komandası 450 manat cərimə edilsin (maddə 83.5);
 
10.09.2026-cı il tarixində I Liqada II turun “Səbail” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar” – “Xankəndi” oyununda “Gəncəbasar” komandasının 7 futbolçusu sarı vərəqə aldığı üçün “Gəncəbasar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar” – “Xankəndi” oyunundan əvvəl “Gəncəbasar” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Gəncəbasar” komandası 450 manat cərimə edilsin (maddə 84.1);
 
10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar” – “Xankəndi” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Gəncəbasar” komandası 750 manat cərimə edilsin (maddə 86.3);
 
10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar” – “Xankəndi” oyununda “A buraxılışı” olmayan şəxslər texniki zonada olduğuna görə “Gəncəbasar” komandası 300 manat cərimə edilsin (maddə 86.12);
 
10.09.2026-cı il tarixində I Liqada II turun “Gəncəbasar” – “Xankəndi” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
11.09.2026-cı il tarixində I Liqada II turun MOİK  – “Şimal” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
 
13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur” – “Marafon” oyununda “Zəngəzur” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zəngəzur” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur” – “Marafon” oyununun 40-cı dəqiqəsində “Zəngəzur” komandasının 17 nömrəli futbolçusu Nurlan Quliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
 
13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur” – “Marafon” oyununun 82-ci dəqiqəsində “Zəngəzur” komandasının analitiki Kamran Nəcəfzadə hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 500 manat cərimə edilsin (maddə 51.1);
 
13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur” – “Marafon” oyununun 90+1-ci dəqiqəsində “Zəngəzur” komandasının 18 nömrəli futbolçusu İsmayıl İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Zəngəzur” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
 
13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur” – “Marafon” oyununda “Marafon” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Marafon” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
13.09.2026-cı il tarixində II Liqada III turun “Zəngəzur” – “Marafon” oyununun 67-ci dəqiqəsində “Marafon” komandasının 14 nömrəli futbolçusu İlqar Ələkbərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Marafon” komandası 800 manat cərimə edilsin (maddə 52.3);
 
14.09.2026-cı il tarixində II Liqada III turun “Şəki” – “Qaradağ Lökbatan” oyunu təhlükəsizlik nümayəndəsinin olmaması səbəbindən gec başladığına görə “Şəki” komandası 200 manat cərimə edilsin (maddə 57.2);
 
14.09.2026-cı il tarixində II Liqada III turun “Şəmkir” – “Kür-Araz” oyununun matçöncəsi iclasında meydan sahibi komandanın nümayəndəsi olmadığına görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (maddə 58.1);
 
14.09.2026-cı il tarixində II Liqada III turun “Şəmkir” – “Kür-Araz” oyununda “Şəmkir” komandasının həkimi olmadığına görə “Şəmkir” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);
 
14.09.2026-cı il tarixində II Liqada III turun “Şəmkir” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının həkimi olmadığına görə “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 99, 94, 68);
 
14.09.2026-cı il tarixində II Liqada III turun “Şirvan” – “Hypers” oyununda “Şirvan” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
 
12.09.2026-cı il tarixində Əvəzedicilər Liqasında IV turun “Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununda “Qarabağ-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
Baş Sponsor