Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində mübarizəyə başlayacaq.
Millimiz Litva yığması ilə qarşılaşacaq. “Dariaus ir Gireno” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı Kiprdan olan hakimlər briqadası idarə edəcək. Oyun “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
27 sentyabr
17:00. Litva – Azərbaycan
Baş hakim: Menelaos Antoniu
Baş hakimin köməkçiləri: Pavlos Georgiu, Eraklis Komodromos
Dördüncü hakim: Konstantinos Fellas
VAR: Marios Xristoforu
AVAR: Dimitris Solomu