az en
News / “Oyunçularımdan maksimum konsentrasiya tələb edirəm”

“Oyunçularımdan maksimum konsentrasiya tələb edirəm”

Millətlər Liqası Dərc olundu: 09.10.2020 Çap
UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Monteneqro – Azərbaycan oyunu öncəsi Monteneqro milli komandasının mətbuat konfransı təşkil olunub. Baş məşqçi Faruk Hadcibegiç və komandanın üzvü Marko Simiçin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Oyunçularımdan maksimum konsentrasiya tələb edirəm”
Faruk Hadcibegiç (Baş məşqçi): “Qrupda keçirdiyimiz ilk iki oyunda qələbə qazandıq. Bunun da əsas səbəbi rəqiblərə hörmət etmək və oyunlara ciddi yanaşmaqdır. Sabahkı oyunda məğlub olsaq, qrupda üç komandanın eyni sayda – 6 xalı olacaq. Bizim üçün ən yaxşı nəticə qarşıdakı iki oyundan 4 xal toplamaqdır. Komandamın indiyədək nümayiş etdirdiyi futboldan və əldə etdiyi nəticələrdən razıyam. Ancaq bu bizi arxayınlaşdırmamalıdır. Oyunçularımdan maksimum konsentrasiya tələb edirəm. Azərbaycan millisi hörmətə layiqdir və biz onları məğlub etmək üçün hər şey edəcəyik”.
 
Marko Simiç: “Təəssüf ki, milli komandanın qrupda keçirdiyi ilk iki oyunda iştirak etməmişəm. İndi buradayam, həmişə olduğu kimi, milli komanda üçün əlimdən gələni etməyə hazıram. Hər oyun vacib və həlledicidir. Hər oyuna çox köklənəndə bu, bəzən yaxşı nəticə üçün kifayət etmir”.
 
Baş Sponsor 
Partnyorlar