az en
News / Qadın məşqçilərin inkişaf proqramı üzrə müraciətlərin qəbulu

Qadın məşqçilərin inkişaf proqramı üzrə müraciətlərin qəbulu

Məşqçi kursları Dərc olundu: 01.07.2026 Çap
AFFA qadın məşqçilərin peşəkar inkişafını dəstəkləmək və UEFA lisenziyalı qadın məşqçilərinin sayını artırmaq məqsədilə “Qadın məşqçilərin inkişaf proqramı 2026-2027” üzrə müraciətlərin qəbuluna başlayıb.
Qadın məşqçilərin inkişaf proqramı üzrə müraciətlərin qəbulu
Proqram çərçivəsində qadın məşqçilər UEFA-nın müxtəlif lisenziya səviyyələri üzrə inkişaf imkanlarından yararlana bilərlər. Seçilmiş namizədlər müvafiq UEFA kurslarında iştirak etmək üçün UEFA-nın Qadınlar üçün Məşqçi İnkişafı Proqramı 2026-2027 çərçivəsində təqaüd dəstəyinə müraciət etmək imkanı əldə edəcəklər. 
Proqram üzrə UEFA C səviyyəsinə 16, UEFA B səviyyəsinə 12, UEFA Fitnes B səviyyəsinə 2, UEFA A səviyyəsinə 2 və UEFA Pro səviyyəsinə 1 namizədin seçilməsi nəzərdə tutulur.
UEFA C və UEFA B səviyyələri üzrə seçilmiş namizədlər qadın məşqçilər üçün təşkil ediləcək xüsusi kurslarda, digər səviyyələr üzrə seçilmiş namizədlər isə müvafiq standart UEFA kurslarında iştirak edəcəklər.
Seçilmiş namizədlər əlavə peşəkar inkişaf imkanlarına da cəlb olunacaqlar.
 
Kimlər müraciət edə bilər? 
Proqrama futbol üzrə məşqçi kimi fəaliyyət göstərən və ya məşqçilik karyerasını inkişaf etdirmək istəyən qadınlar müraciət edə bilərlər. Namizədlər müraciət etdikləri UEFA səviyyəsi üzrə tələb olunan lisenziya, təcrübə və qəbul şərtlərinə cavab verməli, həmçinin kurs müddətində praktiki tapşırıqları yerinə yetirmək üçün müvafiq komandaya çıxış imkanına malik olmalıdırlar.
 
Seçim meyarları 
Namizədlərin seçimində əsasən aşağıdakı meyarlar nəzərə alınacaq:
  • müraciət edilən UEFA səviyyəsi üzrə qəbul şərtlərinə uyğunluq; 
  • məşqçilik təcrübəsi və praktiki fəaliyyət imkanı;
  • motivasiya, karyera məqsədləri və gələcək inkişaf planı;
  • qadın və qız futbolunun inkişafına potensial töhfə;
  • kursda davamlı iştirak və proqramı tamamlamaq öhdəliyi.
 
Seçim prosesi 
Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:
  1. Elektron müraciətlərin qəbul edilməsi;
  1. Müraciətlərin qiymətləndirilməsi;
  1. Seçilmiş namizədlərlə qısa müsahibə;
  1. Namizədlərin təsdiqlənməsi;
  1. Müvafiq namizədlərin UEFA-nın Qadınlar üçün Məşqçi İnkişafı Proqramı çərçivəsində təqaüd üçün təqdim edilməsi; 
  1. Təqaüd dəstəyi ilə bağlı yekun qərarın UEFA tərəfindən verilməsi.
 
Müraciət üçün son tarix: 20 iyul 2026-cı il 
Müraciət üçün link: https://forms.microsoft.com/r/a78ypwxp7T 
Baş Sponsor