UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ” turnirin qrup mərhələsində növbəti oyununu keçirib. Səfərdə Fransanın “Nant” klubu ilə qarşılaşan təmsilçimiz 1:2 hesabı ilə məğlub olub. “Qarabağ”ın qolunu 56-cı dəqiqədə penaltidən Filip Ozobiç vurub. Təmsilçimiz qrupun sonuncu oyununu noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın “Frayburq” klubuna qarşı keçirəcək.