az en
News / Qeydiyyat qaydaları ilə bağlı məlumat

Qeydiyyat qaydaları ilə bağlı məlumat

AFFA Dərc olundu: 08.10.2018 Çap
AFFA-nın Qeydiyyat və Statistika şöbəsi 2009-cu ildən bu günə kimi yarışlara qatılan hər bir oyunçu (məşqçi və s.) üçün çap edilən plastik lisenziya kartlarını cari mövsümdən yeni pilot lisenziya formaları ilə əvəzləyib.
 
Qeydiyyat qaydaları ilə bağlı məlumat
Bu lisenziya formaları qeydiyyat tamamlandıqdan sonra, mərkəzləşdirilmiş qaydada keçirilən yarışların idarəçiləri olan AFFA nümayəndələrinin planşetlərinə yerləşdirilir. Hər oyunçunun qeydiyyatının tamamlanması haqqında məlumat daxil olduqda, dərhal yenilənərək öz komandasının məlumatları əks olunmuş Google-drive-a yerləşdirilir və AFFA nümayəndələri sonuncu yenilənmiş heyətləri-lisenziyaları ən gec həftənin cümə günü saat 18:00-da öz planşetlərində görə bilirlər. Onların vəzifəsi oyuna getməzdən öncə öz səhifələrini yeniləməkdən (update) ibarətdir.
 
Pilot lisenziya formalarının tətbiq edilməsinin məqsədi: 
1. Hər il lisenziya kartlarının çapına sərf edilən vəsaitə qənaət (məsrəfi sıfıra endirmək);
2. Lisenziyaların əvvəlki qayda ilə çatdırlmasının çətin olduğunu görərək (əvvəlki sistemdə lisenziya kartlarını komanda nümayəndələri AFFA-dan götürür, bu proses də komandalar üçün əlavə vəsait sərfinə səbəb olurdu.  AFFA bəzi regionlara lisenziya kartlarını poçt vasitəsilə göndərirdi. Bəzi hallarda bu və ya digər səbəbdən geçikmə halları baş verirdi) prosesin asanlaşdırılması;
3. 2016/17-ci il mövsümündən “Futbola Qoşul” onlayn qeydiyyat proqramı tətbiq olunub və “Futbola Qoşul” onlayn qeydiyyat proqramı vasitəsilə yarışlara qatılan hər bir klub qeydiyyatını özü həyata keçirir. Rəqəmsal qeydiyyata keçdikdən sonra keyfiyyətcə yeni lisenziya formalarına keçid və bütün komandaların bu prosesə öyrədilməsi;
4. Lisenziyaların çapından imtina etməklə yanaşı, oyunların planşet və AFFA QR code skanneri ilə idarə olunması.
 
Qeyd: 2019/20-ci il mövsümündən başlayaraq bütün digər yarışlara qatılan komandaların lisenziyalarının çapı dayandırılacaq. Mərkəzləşdirilmiş qaydada olan yarışları (U-10,11,12,13,14) bu il olduğu kimi, AFFA nümayəndələri planşetlər vasitəsilə idarə edəcəklər. Ev-səfər qaydası ilə keçirilən yarışlarda iştirak edən komandalar plana uyğun (FIFA tərəfindən təsdiqdən sonra) yeni lisenziya formalarını PDF formatda çap edib protokolları doldurduqdan sonra hakimə təqdim etməli olacaqlar. Hakimlər tərəfindən protokollar yoxlanıldıqdan sonra hakim öncədən Play Marketdən yüklədiyi AFFA QR Code skanneri vasitəsilə hər oyunçunun QR-bar kodunu skan edib yoxlamalı olacaq.
Bu məqsədlə AFFA-nın Qeydiyyat və Statistik şöbəsinin əməkdaşları hər il olduğu kimi, 2018-ci ilin aprel-may aylarında klub/komandalarla yeni mövsümə hazırlıq çərçivəsində görüşlər keçirib, klub/komandaların rəsmilərinə oyunçuların qeydiyyatlnın ardıcıllığı izah olunub:
 
1. Oyunçu klub tərəfindən qeydiyyata alınır (sənədləri əlavə edilir) və AFFA-ya proqram vasitəsilə təqdim olunur;
2. AFFA oyunçunun sənədlərini proqram vasitəsilə müvafiq qaydada yoxlayır, təsdiq və ya imtina edir;
3. İmtina etdikdə imtina səbəbi göstərilir;
4. Təsdiq edildikdə isə oyunçu klubun səhifəsində təsdiq olunmuş formada aktiv futbolçu kimi yerləşir;
5. Sonra klub oyunçunu müvafiq yaş üzrə komandasına daxil etməlidir;
6. Oyunçu komandaya daxil olunduqdan sonra klub proqramın sağ yuxarı güncündə olan və əvvəlcədən görüşlərdə, “Kömək xidməti”ndə və s. qeyd edildiyi kimi, bu barədə [email protected] ünvanına lisenziya çap olunması  və ya onlayn google drive-da komanda heyətində görünməsi üçün komandanın adını və iştirakçının (oyunçu, məşqçi və s.) adını təvəllüdü ilə birlikdə məktub şəklində göndərməlidir.
 
Problemlər əksər hallarda sonuncu – 5-ci və 6-cı bəndlərin tələblərinin klub/komanda tərəfindən tam olaraq yerinə yetirilməməsi (prosesin müvafiq qaydada sona çatdırmaması) ucbatından ortaya çıxır. Nəticədə isə prosesi tam olaraq yekunlaşdırmayan komandalar İntizam Komitəsinin müvafiq qərarları ilə texniki məğlubiyyət cəzasına məruz qalır.
 
Qeydiyyat və Statistika şöbəsi tərəfindən “Futbola Qoşul” onlayn proqramının “Kömək xidməti”ndə oyunçuların (məşqçilərin) qeydiyyatı tamamlandıqdan sonra komanda heyətinə daxil olunub [email protected] elektron ünvanına məlumatın göndərilməsi qaydaları yerləşdirilib.
 
AFFA-nın “Futbola qoşul” onlayn qeydiyyat sistemində futbolçu və digər iştirakçıların Qeydiyyat qaydaları ilə burada bir daha tanış ola bilərsiniz.
Mövsüm ərəfəsində qeydiyyat prosesi ilə bağlı Bakıda, Sumqayıtda, Gəncə və QəbələdəLənkəran  və Ağsuda treninqlər keçirilib, müvafiq məlumatlar verilib.
 
 
Baş Sponsor