az en
News / Rui Jorje: “Getdikcə daha yaxşı çıxış etməyə çalışacağıq”

Rui Jorje: “Getdikcə daha yaxşı çıxış etməyə çalışacağıq”

U-20 Dərc olundu: 06.10.2026 Çap
20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje Qəbələ şəhər stadionunda Yaponiyanın müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan sonra mətbuat konfransında fikirlərini bildirib:
Rui Jorje: “Getdikcə daha yaxşı çıxış etməyə çalışacağıq”
“Hazırda yolun başlanğıcındayıq. Futbolçuların tam fiziki formada olmamaları normaldır. Buna görə də matç ərzində tez-tez dəyişikliklər etdik. Futbolçularımdan yüksək intensivlik tələb edirəm. Onların oyunun sonlarında yorğun olmaları təbii haldır. Qol vura bilməsək də, qapımızdan da top buraxmadıq. Bu, məni sevindirən məqamlardan idi. Getdikcə daha yaxşı çıxış etməyə çalışacağıq”.
Qeyd edək ki, Azərbaycan - Yaponiya görüşünün əsas vaxtı qolsuz bərabərliklə başa çatıb. Millimiz penaltilər seriyasında 5:4 hesablı qələbə qazanıb.
Baş Sponsor