az en
News / “Səbail” “Zəfər” kubokunun qalibi olub (fotoreportaj)

“Səbail” “Zəfər” kubokunun qalibi olub (fotoreportaj)

AFFA Dərc olundu: 11.02.2021 Çap
AFFA-nın təşkilatçılığı ilə ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunan, həmrəylik devizi ilə keçirilən “Zəfər” kuboku turnirinə yekun vurulub. AFFA, PFL və Premyer Liqa klublarının əməkdaşları arasında təşkil olunan turnirin yarımfinal qarşılaşmalarında “Səbail” “Keşlə”ni 3:1, “Qəbələ” isə “Sabah” komandasını 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Vətən müharibəsi iştirakçısı Kamal Umudlunun idarə etdiyi final qarşılaşmasının əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penalti seriyasını daha dəqiq yerinə yetirən “Səbail” “Zəfər kuboku” turnirinin qalibi olub. Oyundan sonra mükafatlandırma mərasimi təşkil olunub. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qalib komandaya kubok təqdim edib.
“Səbail” “Zəfər” kubokunun qalibi olub (fotoreportaj)
Baş Sponsor 
Partnyorlar