az en
News / Siyasət Əsgərov: Hücuma buraxdığımız oyunçu qol vurdu

Siyasət Əsgərov: Hücuma buraxdığımız oyunçu qol vurdu

A milli (Qadınlar) Dərc olundu: 05.06.2026 Çap
Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün Macarıstan yığmasını qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçdan sonra Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərovun mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Siyasət Əsgərov: Hücuma buraxdığımız oyunçu qol vurdu
“Düşünürəm ku, iki fərqli hissə seyr etdik. Təəssüflər olsun ki, ilk hissədə səhv buraxdıq və rəqib bu səhvdən yararlandı. Ancaq İkinci hissəyə daha yaxşı başladıq.
Oyunun gedişində etdiyimiz dəyişiklik yaxşı alındı, hücuma buraxdığımız oyunçu qol vurdu. Bundan sonra rəqib bizi topsuz çox saxladı. Belə olan halda da istər-istəməz yorğunluq yarandı. Biz qısa paslarla cinahlara topu çatdırmağı düşünürdük. İlk hissədə qızlar tez-tez səhvlər buraxdı. Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Sonra isə uzun paslarla oynamağa başladılar. Amma bizim onlarla uzun paslarla oyunda şansımız yox idi”.
Baş Sponsor