az en
News / “Çoxlu qol epizodları yaratdıq”

“Çoxlu qol epizodları yaratdıq”

Məşqçilər Dərc olundu: 06.06.2026 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda Malta yığmasına qarşı keçirilən yoldaşlıq oyunundan (0:2) sonra mətbuat konfransında fikirlərini bildirib:
“Çoxlu qol epizodları yaratdıq”
“Üzücü məğlubiyyət oldu. Amma 90 dəqiqə yüksək tempdə mübarizə izlədik. Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu. Buna baxmayaraq, çoxlu qol epizodları yaratdıq. Lakin imkanları dəyərləndirmək  və bu tempi saxlamaq lazımdır. Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim. Çünki Millətlər Liqası öncəsi son toplanışımızdır və futbolçuların hamısını izləmək istəyirik. Qol epizodlarına görə sevinsəm də, istifadə etmədiyimiz üçün üzülürük. İnanıram ki, San Marino ilə matçda bu epizodları dəyərləndirə biləcəyik”.
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu iyunun 9-da eyni stadionda San Marino yığmasına qarşı keçirəcək.
Baş Sponsor