az en
News / Bu gün saat 18:00. Azərbaycan (Qadınlar) - Macarıstan (Qadınlar)

Bu gün saat 18:00. Azərbaycan (Qadınlar) - Macarıstan (Qadınlar)

A milli (Qadınlar) Dərc olundu: 05.06.2026 Çap
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində beşinci oyununu keçirəcək.
Bu gün saat 18:00. Azərbaycan (Qadınlar) - Macarıstan (Qadınlar)
C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Saat 18:00-da başlanacaq matç “İdman TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, hazırda qrupda Macarıstan yığması 10 xalla birinci, Azərbaycan millisi isə 9 xalla ikinci pillədə qərarlaşır.
 
5 iyun
18:00. Azərbaycan (Qadınlar) – Macarıstan (Qadınlar)
Baş hakim: Vanya Yankoviç
Baş hakimin köməkçiləri: Staşa Şpur, Helena Buh
Dördüncü hakim: Aleksandra Çesen
(Hakimlər briqadası Sloveniyadandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Baş Sponsor