17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2026/2027-ci illər mövsümündə UEFA U-17 Avropa çempionatının I seçmə mərhələsinin ikinci oyununu keçirib.
Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 0-4 hesabı ilə məğlub olub. Görüş Almaniyanın Frankfurt şəhərində yerləşən “DFB Kampus”da keçirilib.
Qeyd edək ki, millimiz növbəti oyununu noyabrın 17-də Bakı vaxtı ilə saat 14:00-da Litva yığmasına qarşı keçirəcək. Qarşılaşma Bad-Vilbede şəhərində yerləşən “Nidda-Sportfeld” stadionunda baş tutacaq.