az en
News / U-17 Tacikistan yığmasına qalib gəldi

U-17 Tacikistan yığmasına qalib gəldi

U-17 Dərc olundu: 01.07.2026 Çap
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
U-17 Tacikistan yığmasına qalib gəldi
U-17 yenidən Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekulaşıb.
Millimizin heyətində qolları 47-ci dəqiqədə Rəsul Balakişiyev, 55-ci dəqiqədə Daniil Rəcəbov və 66-cı dəqiqədə Ruslan Əbilov vurublar.
Baş Sponsor