19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində bu gün ilk oyununu keçirib. Bosniya Herseqovinada təşkil edilən oyunda Fransa yığması ilə qarşılaşan komandamız 0:5 hesabı ilə məğlub olub. Millimiz seçmə mərhələdə növbəti oyununu sabah meydan sahibi komandaya qarşı keçirəcək.
Bosniya və Herseqovina – Azərbaycan
23 mart. Şiroki Briyeq şəhəri, Pecara İdman zalı. Saat 23:00
Hakimlər: Martin Koster, Nikola Manzione (İtaliya), Peter Nurse
Timekeeper: Vedran Marçinko (Bosniya və Herseqovina)
Hakim-inspektor: Antonio Joze Fernandes Kardoso (Portuqaliya)
UEFA nümayəndəsi: Boris Durlen (Xorvatiya)