19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2026/2027-ci illər mövsümündə UEFA U-19 Avropa çempionatının B liqası üzrə II seçmə mərhələsində növbəti oyununu keçirib.
Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində Ümid Səlimov 16-cı, Mustafa Kamara isə 67-ci dəqiqədə (penaltidən) fərqlənib. Görüş Serbiyanın Belqrad şəhərində yerləşən “Vojdovats” stadionunda keçirilib.