Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsində ilk yoldaşlıq oyununu keçirib.
Milli komandamız Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş rəqibin 1-0 qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu oktyabrın 6-da Yaponiya yığmasına qarşı keçirəcək. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 16:00-da başlanacaq.
Azərbaycan – Moldova - 0:1
Qol: Vadim Bejenaru, 84
Azərbaycan: 1. Həbib Hüşənov, 2. Səttar Tahirzadə (13. Murad Qurbanov, 46), 3. Uğur Qurbanlı (5. Rəşad Alışov, 46), 6. Həsən Nəzərli (11. Nihad Orucəli, 46), 8. Əliəkbər Rzazadə (20. Pünhan Qasımzadə, 46), 14. Əhməd Tarverdiyev (9. Nadir Orucov, 46), 16. Vüsal Paşayev (10. Raul İsaqov, 90), 17. Ziya Şəkərxanov (19. Əli İbrahim, 46), 23. Anar Hüseynov (7. Vüsal Kərimov, 46), 24. Əli Bəşirov (21. Əli Qazibəyov, 46), 25. Şahin İbrahimov (18. Abdulaziz Cabbarlı, 46)
Ehtiyat oyunçular: 12. Aftandil Arıxov, 22. Ayxan Abbaszadə, 15. Şahnur İsmayılov,
Baş məşqçi: Rui Jorje
Moldova: 12. Dan Rusu, 3. Aleksandr Yequpov, 4. Mixail Kojusea, 5. Sergey Unquryanu, 8. Aleksandru Muntean (2. Nikita Lipkan, 61), 9. Mixail Sava (20. Leonardo Bulmaqa, 90), 10. Boqdan Musteatsa (7. Vadim Bejenaru, 76), 11. Nikita Karageorqi (22. Antoni Kasko, 76), 13. Daniil Dimitrişin (17. Razvan Turkan, 46), 18. Kristian Tsakentso (6. İvan Buzadji, 61), 19. Makar Obrejan (15. Kiril Şilçenko, 61)
Ehtiyat oyunçular: 1. Maksim Qumenko, 14. Vadim Burka, 16. Paolo Sula, 21. İlya Karaman, 24. Yeqor İvanov
Baş məşqçi: Sergey Kleşçenko