az en
News / VAR sistemi barədə FIFA ilə müzakirələr aparılacaq

VAR sistemi barədə FIFA ilə müzakirələr aparılacaq

AFFA Dərc olundu: 08.02.2021 Çap
Azərbaycan VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun olaraq start verilib. Qarşıdakı günlərdə bununla əlaqədar FIFA ilə videokonfrans formatında görüş keçiriləcək və mövcud vəziyyət, həmçinin həyata keçiriləcək işlər müzakirə olunacaq.
Xatırladaq ki, VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə AFFA İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin COVİD-19 pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.
 
VAR sistemi barədə FIFA ilə müzakirələr aparılacaq
Baş Sponsor 
Partnyorlar