az en
News / “Vaxtdan səmərəli istifadə etməliyik”

“Vaxtdan səmərəli istifadə etməliyik”

DÇ-2022 Dərc olundu: 07.12.2020 Çap
Xəbər verdiyimiz kimi, bu gün İsveçrənin Sürix şəhərində 2022-ci ildə Qətərdə təşkil ediləcək Dünya çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi püşkü dəyərləndirib:
 
“Vaxtdan səmərəli istifadə etməliyik”
"Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Qarşıda 4 aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya milli komandaları ilə qarşılaşmışam. UEFA Millətlər Liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara bilsək, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda şansımız ola bilər".
 
Baş Sponsor 
Partnyorlar