az en
News / WUF13-də ikinci minifutbol meydançası (fotolar)

WUF13-də ikinci minifutbol meydançası (fotolar)

AFFA Dərc olundu: 21.05.2026 Çap
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, QOLAT Sport Service və WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə əməkdaşlığı çərçivəsində “Dəniz Mall” qarşısında AFFA-ya məxsus 6x10 metr ölçüdə ikinci minifutbol meydançası qurulub.
WUF13-də ikinci minifutbol meydançası (fotolar)
Mayın 22-dək fəaliyyət göstərəcək meydançada AFFA-nın sosial layihələrində iştirak edən uşaqlar saat 15:00–19:00 aralığında müxtəlif futbol fəaliyyətlərinə qoşulacaqlar. Eyni zamanda, qonaqlar və futbolsevərlər də bu fəaliyyətlərdə iştirak edə biləcəklər.
Qeyd edək ki, əraziyə giriş sərbəstdir.
 
Baş Sponsor